Sabiq nazirin mənzili 7-ci dəfə hərraca çıxarılır

Sabiq nazirin mənzili 7-ci dəfə hərraca çıxarılır

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə olunan mənzili 7-ci dəfə açıq hərrac vasitəsilə satışa çıxarılıb.

Yeniavaz.com xəbər verir ki, hərrac dekabrın 3-də Əmlak Xidmətləri Məkanında baş tutacaq.

Akademik Ziya Bünyadov prospekti, ev 7A, mənzil 3 ünvanında yerləşən, 61,1 kvadratmetr sahəsi olan mənzil isə satılmadığı üçün avqustun 18-də 6-cı dəfə hərraca çıxarılıb. 7-ci hərracda mənzilin qiymətində heç bir endirim olmayacaq və 175 min manata təqdim olunacaq.

Daha əvvəl Səlim Müslümova məxsus olan Mirzə İbrahimov küçəsi, 422-ci məhəllə, ev 53, mənzil 108 ünvanında yerləşən, 370,4 kvadratmetr sahəsi olan mənzil 50 faiz endirimlə 5-ci dəfə satışa çıxarılaraq 463 min 125 manata satılıb.

Xatırladaq ki, Səlim Müslümovu 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həbs edib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.11.12

2026.11.11

2026.11.10

2026.11.09

2026.11.08

2026.11.07

2026.11.06

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az