İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, DAF markalı yük avtomobili KIA markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Həsən Həsənov, eləcə də sərnişin, 1980-ci il təvəllüdlü Gülrəng Əliyeva həlak olub, sərnişinlər - 1981-ci il təvəllüdlü Mənsur Rzayev və yük maşınının sürücüsü, 1982-ci il təvəllüdlü Emin Ələkbərov xəsarət alıblar.
KIA markalı minik avtomobilinin sərnişinləri - 1980-ci il təvəllüdlü Gülrəng Əliyeva və 1981-ci il təvəllüdlü Mənsur Rzayevin ər-arvad olduğu bildirilir. Qəza nəticəsində Gülrəng Əliyeva həyatını itirib, Mənsur Rzayev isə xəsarət alıb. Minik avtomobilində olan hər üç şəxs Füzuli rayon sakinidir.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanpoliis.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə






















































