Azərbaycanda bir sıra məktəblərdə geyim forması ilə bağlı ictimai asayişi pozanlara qarşı tədbirlər görülüb.
Azerbaycanpolisi.az Lent.az-a istinadla xəbər verir ki, onların bəziləri Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən məktəblərdə ümumi geyim forması ilə bağlı insanları qanunsuz nümayişlərə çağırıb. Bəziləri isə orta məktəblərdə geyim forması ilə əlaqədar səs-küy salaraq, ictimai asayişi pozub.
Hadisələrin çoxu Abşeron Xırdalan qəsəbəsində qeydə alınıb. Bundan başqa, Ceyranbatan qəsəbəsində, həmçinin Göyçay, Goranboy, Masallı və Astara rayonlarında da eyni qanunsuz əməllərə yol verilib.
Həmin şəxslər polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində saxlanılaraq, barələrində müvafiq protokollar tərtib olunub.
Saxlanılan şəxslər törətdikləri əməldən peşman olduqlarını və bir daha belə hallara yol verməyəcəklərini bildiriblər.
Məhkəmələrin qərarı ilə həmin şəxslərin bir neçəsi 1 ay, 25 və 10 gün müddətinə inzibati qaydada həbs ediliblər.
Azerbaycanpolisi.az
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü




.jpg)































.jpg)

















