Bolqarıstanda zəncirvari qəzada ölənlərin sayı artdı, ölkədə matəm elan olundu

Bolqarıstanda zəncirvari qəzada ölənlərin sayı artdı, ölkədə matəm elan olundu

Bolqarıstanda 50-dən çox avtomobilin iştirak etdiyi zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12 nəfərə çatıb.

"Yeni Sabah" xəbər verir ki, qəza ilə əlaqədar noyabrın 11-i Bolqarıstanda matəm günü elan ediləcək.

Qəza səhər saatlarında qatı duman şəraitində, Yambol şəhəri yaxınlığındakı "Frakiya" avtomagistralında baş verib. Magistralın 289-cu və 294-cü kilometrləri arasındakı hissədə onlarla yük və minik avtomobili, eləcə də bir avtobus toqquşub. Qəza nəticəsində xəsarət alan təxminən 50 nəfər yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.11.11

2026.11.10

2026.11.09

2026.11.08

2026.11.07

2026.11.06

2026.11.05

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az