Ötən gün noyabrın 12-də Microsoft-un rəqəmsal xidmətlərində baş verən genişmiqyaslı texniki nasazlıq dünya üzrə minlərlə müəssisə, dövlət qurumu və fərdi istifadəçinin işini iflic edib. Təxminən 10 saat davam edən fasilə zamanı Outlook və Microsoft Teams platformalarında elektron yazışmalar və işgüzar kommunikasiya dayanıb.
Nasazlığın miqyası
Reuters-in məlumatına görə, əsas problem "Exchange Online" infrastrukturunda yaranıb. İstifadəçilər Outlook hesablarına daxil ola, məktub göndərib-qəbul edə bilməyiblər. Teams platformasında isə mesajlaşma və söhbətlərin yüklənməsi dayanıb. Downdetector-un statistikasına əsasən, təkcə ABŞ-də Outlook-la bağlı şikayətlər 130 mini ötüb. Zərər çəkən qurumlar arasında ABŞ Konqresinin Nümayəndələr Palatası və Avstraliyanın dövlət idarələri də yer alıb.
Problemin səbəbi və kiberhücum ehtimalı
Microsoft ilkin açıqlamasında nasazlığın trafik artımı ilə bağlı olmadığını bildirib. Araşdırmaya görə, bir sıra serverlərin qəfil əlçatmaz olması digər serverlərin yüklənməsinə gətirib çıxarıb. Yenidən işə salınan bəzi serverlərin artan yükə tab gətirməməsi bərpa prosesini ləngidib.
Avstraliyanın kibertəhlükəsizlik qurumlarının məlumatına görə, insidentdə kiberhücum əlaməti aşkarlanmayıb. Problem tamamilə texniki xarakter daşıyır.
Nəticə
Bu insident müasir iş dünyasının bulud texnologiyalarından yüksək asılılığını və texnologiya nəhəngləri üçün ehtiyat server mexanizmlərinin həyati vacibliyini bir daha ortaya qoydu...
Şahmurad
Tanınmış şirkət rəhbəri həyat yoldaşına xəyanət etdiyini etiraf edib
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib























































