Ronaldosuz Portuqaliyanın qələbə seriyasıı davam edib, Almaniya ilk qələbəsini qazanıb

Ronaldosuz Portuqaliyanın qələbə seriyasıı davam edib, Almaniya ilk qələbəsini qazanıb

Cümə axşamı günü UEFA Millətlər Liqası çərçivəsində üçüncü turun səkkiz oyunu keçirilib.
Bu turda Almaniya ilk qələbəsini qazanıb, Kriştiano Ronaldosuz Portuqaliya Danimarkanı məğlub edib, Yunanıstan güclü Niderland ilə heç-heçə edib.

A Liqası
Danimarka-Portuqaliya matçı Kriştiano Ronaldo qalmaqalı səbəbindən daha çox diqqət çəkdi. 41 yaşlı hücumçu Norveçlə matçda ona oyun vaxtı vermədiklərinə görə Xorxe Jesusa və Portuqaliya Futbol Federasiyasına qəzəbləndiyini bildirdi. Nəticədə Ronaldo komandasının düşərgəsini tərk etdi.

Əfsanəvi hücumçu olmadan Portuqaliya çətinliklə də olsa da, danimarkalıları məğlub etdi. Oyunda hesabı 13-cü dəqiqədə portuqaliyalı João Cancelo açaraq komandasını hesabda irəli çıxarıb: 1-0.

Bundan 10 dəqiqə sonra meydan sahiblərinin oyunçusu Damsgaard sərrast zərbə ilə oyunda tarazlığı bərpa edib: 1-1.

Danimarkalılar qol sevincindən özlərinə gəlməmiş qapılarında ikinci topu görüblər. Oyunun 25-ci dəqiqəsində qonaq komandanın oyunçusu Qonsalo Ramos ikinci topu meydan sabiblərinin qapısından keçirərək Portuqaliyanı yenidən hesabda irəli çıxarıb: 2-1.

İkinci hissənin əvvəlində meydan sahibləri oyunda təşəbbüsü ələ alıblar. Bu da tezliklə öz bəhrəsini verib. Oyunun 53-cü dəqiqəsində Rasmus Qojlund hesabı bərabərləşdirib: 2-2.

Lakin ikinci hissənin ortalarında, 67-ci dəqiqədə Bruno Fernandesin parlaq ötürməsindən sonra Vittinyo üçüncü topu meydan sahiblərinin qapısından keçirərək komandasını yenidən hesabda irəli çıxarıb: 3-2.

Oyunun 87-ci dəqiqəsində João Felix dördüncü topu danimarkalıların qapısına vuraraq yekun nəticəni müəyyən edib: 4-2

Danimarka 2-4 Portuqaliya
Qollar: Damsgaard, 23; Gojlund, 53 – Cancela, 13; Roamous, 25; Vitinha, 67; João Felix, 87.

Almaniya ilk qələbəsini qazanıb

Yurgen Klopp Almaniyanın məşqçisi kimi debüt qələbəsini yalnız üçüncü matçında qazandı. Allianz Arenada almanlar Serbiyanı rahatlıqla 2-0 hesabı ilə məğlub etdilər. Tom Bişof ilk hissənin sonlarında hesabı açdı, Florian Virtz isə ikinci hissənin əvvəlində Almaniya komandasının üstünlüyünü ikiqat artırdı.

Almaniya 2-0 Serbiya
Qollar: Bişof, 39; Virtz, 61.

Yunanıstan heyrətləndirməkdə davam edir

Almaniyaya ötən turda rəqib meydanında qalib gələn Yunanıstan bu dəfə güclü Niderlandı az qala məğlub edəcəkdilər.

Yunanıstan güclü oyun marafonunu davam etdirir. Bu dəfə "Hellenes" Niderlanddan xal almağı bacarıb. Yunanıstan artıq ilk hissədə uğura doğru əhəmiyyətli addımlar atmışdı və fasiləyə iki qol fərqi ilə başlamışdı. Oyunun 23-cü dəqiqəsində Fotis İoannidis hesabı açaraq qonaqları şoka saldı. Birinci hissəyə əlavə edilmiş vaxtın ikinci dəqiqəsində Georgios Masouras qonaq komandanın qapısından daha bir top keçirdi : 2-0.

Lakin ikinci hissədə Niderland yığması özünə gələrək hesabı bərabərləşdirməyə nail oldu. Oyunun 59-cu dəqiqəsində Van Deyk hesab arasındakı fərqi azaltdı: 1-2.

Əsas vaxtın bitməsinə bir dəqiqə qalmış Reynders sərrast zərbə ilə oyunda tarazlığı bərpa elədi: 2-2.

Yunanıstan – Niderland – 2:2
Qollar: İoannidis, 23; Masouras, 45+2 – van Deyks, 59; Reynders, 89.

Axşamın ən böyük sensasiyası Uelsin gözlənilmədən Norveçi məğlub etməsi olub. Kardiff Şəhər Stadionunda baş tutan oyunda 11-ci dəqiqədə Bobb hesabı açdı. Fasilədən sonra Daniel Ceyms vurduğu qolla hesabı bərabərləşdirib: 1-1

Oyunun 48-ci dəqiqəsində isə Uilyams ikinci topu rəqib qapısından keçirərək komandasının qələbəsini təmin etdi: 2-1.

Uels – Norveç – 2:1
Qollar: Ceyms, 38; Uilyams, 48 ​​– Bobb, 11.

B Liqası
B Liqasında iki oyun keçirildi. Kosovo və İsrailin oyunu qolsuz heç-heçə ilə başa çatdı. Bu arada, İrlandiya və Avstriya güclü oyun nümayiş etdirdilər. Troy Perrottun ilk hissədə vurduğu iki qol İrlandiyaya uğur ümidi verdi, lakin Ralf Rangnikin komandası Aleksandr Prass və Michael Gregoritschin qolları ilə tarazlığı bərpa elədi..

Kosovo – İsrail – 0:0

İrlandiya Respublikası – Avstriya – 2:2

Qollar: Perrott, 12, 45 – Prass, 71; Gregoric, 77.

C Liqası
Nəhayət, C Liqasında daha iki oyun keçirildi. Azərbaycan və Lixtenşteyn 0-0 hesablı heç-heçə etdilər, Malta və Cəbəllütariq isə qol mübadiləsi apardılar, lakin qalib müəyyən olunmadı.

Azərbaycan – Lixtenşteyn – 0-0

Malta – Cəbəllütariq – 1-1

Qollar: Mbong, 53 – Scanlon, 61.

Əziz MUSTAFA

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.02

2026.10.01

2026.09.30

2026.09.29

2026.09.28

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az