Elmi sensasiya: Şişi məhv edən 2 maddə tapıldı

Elmi sensasiya: Şişi məhv edən 2 maddə tapıldı

Rusiya Elmlər Akademiyasının alimləri dəniz xiyarında (qoloturiya) əvvəllər elmə məlum olmayan iki maddə tapıblar.

Bakupost xəbər verir ki, alimlər kəşfin xərçəngin müalicəsində istifadə edilə biləcəyinə inanırlar.

Daha çox dəniz xiyarı kimi tanınan sualtı onurğasızlar özlərini qorumaq üçün xüsusi toksinlərdən istifadə edirlər.

A və B adlı yeni maddələr selektiv sitotoksik aktivliyi ilə alimləri heyran edib. Təcrübələr göstərib ki, onlar ən aqressiv və müalicəsi çətin olan üçqat mənfi döş xərçəngi də daxil olmaqla, bir neçə döş xərçənginə qarşı təsirlidir.

Alimlər daha dəqiq hüceyrə təhlili üçün fotoproteinin effektivliyini artırıblar.

Nəticədə kəşf edilmiş maddə bədənə ciddi zərər vermədən şişin hədəflənmiş şəkildə məhv edilməsini asanlaşdırır.

Tədqiqatlar göstərir ki, maddələr dərhal toksit təsir göstərərək, xərçəng hüceyrələrinin çoxalmasını uzun müddətə bloklayır. Maddənin çox az miqdarı belə şişin böyüməsi və yayılmasına mane olur.

Qeyd edək ki, Uzaq Şərq alimləri 1970-ci illərdən bəri dəniz xiyarının bu növünü öyrənirlər.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.02

2026.10.01

2026.09.30

2026.09.29

2026.09.28

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az