Gürcüstanda azərbaycanlı qətlə yetirilib

Gürcüstanda azərbaycanlı qətlə yetirilib

Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirilib.

Hadisə Qardabani bələdiyyəsinin Nəzərli kəndində baş verib.

Azerbaycanpolisi.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, 35 yaşlı Araz Yusubov həmkəndlisi Ramin Mamedov tərəfindən qətlə yetirilib.

İlkin məlumata görə, əvvəlcə tərəflər arasında şifahi mübahisə baş verib. Daha sonra Yusubov bıçaqlanıb. Hadisə yerindən uzaqlaşmasına baxmayaraq, o, qanaxmadan ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları göndərilib. Cinayətkar polisə təslim olmaqdan imtina edib və maşının üstünə çıxaraq yaxınlaşılacağı təqdirdə intihar edəcəyini bildirib. Qısa danışıqlardan sonra o, saxlanılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi cinayətkarın saxlanıldığını və istintaqın aparıldığını bildirib.

Azerbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.05

2026.10.04

2026.10.03

2026.10.02

2026.10.01

2026.09.30

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az