Sərhədi keçərək Şakidə saxlanılan azərbaycanlı hərbçi bir müddət Ermənistanda qalacaq.
Azerbaycanpolisi.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Cinayət işi üzrə prosedurlar Ermənistanda həyata keçiriləcək. İstintaq gedir, hazırda o, həbsdədir”, - Paşinyan deyib.
Mümkün mübadilə ilə bağlı suala cavabında konkret mövqe bildirməyən Paşinyan bunları deyib:
“Tutaq ki, biz onlara deyirik: əsirlərdən birini bizə verin ki, biz də bu əsgəri verək. Bəs sabah bizim əsgər onların tərəfinə keçsə, onda kimi verəcəyik?”
Paşinyan, həmçinin Azərbaycan tərəfinin hərbçinin itkin düşməsi barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinə məlumat verməsinə baxmayaraq, Şaki kəndinin sakinlərinin niyə xəbərdar edilmədiyi ilə bağlı suala cavabında bildirib ki, hərbçinin Ermənistan ərazisinə keçməsinə dair sübut olmayıb.
Qeyd edək ki, əsgər Nəsimi Musayevin saxlanılması barədə məlumat 1 oktyabrda yayılıb. 2 oktyabrda isə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
N.Musayevin 26 sentyabrdan hərbi hissəni özbaşına tərk etdiyi iddia olunur.
Azerbaycanpolisi.az
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb




.jpg)


.jpg)












.jpg)
















.jpg)
.jpg)













