Türkiyədən mesaj: Ərdoğanla Əliyevin arasına girə bilməyəcəksiz

Türkiyədən mesaj: Ərdoğanla Əliyevin arasına girə bilməyəcəksiz

“Türkiyə-Azərbaycan qardaşlığını pozmağa heç kimin gücü çatmadı, çatmır, çatmayacaq”.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin Ağrı rayonu bələdiyyəsinin keçmiş sədri və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü Savcı Sayan deyib.

“Mərhum Heydər Əliyevin “Bir millət, iki dövlət” sözü ilə tarixə həkk olunan Türkiyə-Azərbaycan qardaşlığı möhtərəm Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın və möhtərəm Prezident İlham Əliyevin iradəsi ilə bu gün sarsılmaz gücə çevrilib. Bu qardaşlıq Qafqazdan türk dünyasına, Mərkəzi Asiyadan Yaxın Şərqə qədər milyonlarla insana güc və ümid verir. Amma görünür, bu birlikdən narahat olanlar var. Unutmayın ki, Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür. Türkiyənin sevinci Azərbaycanın sevincidir, Azərbaycanın ağrısı Türkiyənin ağrısıdır. “Bir millət, iki dövlət” dünən şüar deyildi, bu gün də şüar deyil. Bu, qardaşlıq andıdır”, - o bildirib.

Sayan qeyd edib ki, son dövrlərdə Türkiyəni iqtisadi baxımdan hədəfə alan çirkin hesablamalarla, Türkiyə ilə Azərbaycan arasına nifaq salmaq cəhdlərini bir-birindən ayrı görmür:

“Fondlar üzərindən irəli sürülən korrupsiya iddiaları, maraqlara hesablanmış çirkli əlaqələr, sosial mediada qızışdırılan Türkiyə-Azərbaycan qarşıdurması, haradan qaynaqlandığı bəlli olmayan trollar və ölkə daxilində “post-Ərdoğan dövrü” hesabı aparan bəzi siyasətçi və bürokratların mövqeləri diqqətlə araşdırılmalıdır.

Hamı ağlını başına yığsın. Ərdoğanla Əliyevin və Türkiyə ilə Azərbaycanın arasına da girə bilməyəcəksiniz. Bu qardaşlıq bir neçə trolun fitnəsi ilə qurulmayıb, onların fitnəsi ilə də dağıla bilməz. Sizin prezidentimizdən sonrakı dövrə dair siyasi hesablarınız bu qardaşlığı poza bilməyəcək. Pulunuz da, vəzifəniz də, gizli hesablarınız da bu qardaşlıqdan böyük deyil. Fitnə uduzacaq, qardaşlıq qalib gələcək.

Bir millət, iki dövlət - dünən də, bu gün də əbədidir”.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.06

2026.10.05

2026.10.04

2026.10.03

2026.10.02

2026.10.01

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az