Arxeologiya dünyasında bu gün dərc edilən yeni bir araşdırma minilliklər boyu sirr olaraq qalan qaranlıq bir həqiqəti gün işığına çıxarıb. Misirin ilk sülalələri dövrünə aid məzarlarda aparılan genetik və antropoloji təhlillər nəticəsində fironların ölən kimi xidmətçilərinin də diri-diri qurban kimi öldürüldüyü qəti şəkildə sübut olunub.
Qədim Misirdə hökmdarlar vəfat edəndə, onların o biri dünyada da eyni rahatlıqla yaşaya bilməsi üçün saray əyanları, xidmətçilər və mühafizəçilər kütləvi şəkildə qurban edilərək fironun məzarının ətrafında basdırılırdı.
Uzun illər alimlər bu "kütləvi qurban" praktikasının sadəcə simvolik rituallar və ya fərqli zamanlarda baş verən təsadüfi dəfnlər olduğunu düşünürdülər. Lakin yeni elmi metodlar sümüklərdəki travma izlərini və qan qohumluğu əlaqələrini dəqiq təhlil edərək bunun qəsdən və sistemli şəkildə həyata keçirilən qanlı edamlar olduğunu təsdiqlədi.
Arxeoloji qazıntılar zamanı fironların məqbərələrinin ətrafında səliqəli şəkildə düzülmüş yüzlərlə gənc xidmətçi skeletləri aşkarlanıb. Onların bir çoxunun eyni gündə, heç bir müqavimət əlaməti göstərmədən (ehtimal ki, zəhərlənmə və ya boğulma yolu ilə) həyatlarına son qoyulduğu məlum olub.
Şahmurad
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto











.jpg)
















.jpg)
.jpg)
























