AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var.

Axar.az xəbər verir ki, bunu AKP sözçüsü Ömər Çelik deyib.

“Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Lakin hər ölkənin öz daxili siyasəti var. Onlarla bizdə fərq ola bilər. Daxili və xarici siyasətdə də fərqli yanaşmalar mümkündür. Biz hər hansı bir məsələdə fikir ayrılığı yaşayanda qardaş ölkə olaraq danışaraq yolumuza davam edirik. Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında həqiqi bir qardaşlıq münasibəti var.

Türkiyə və Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var. O ölkələrin niyyətlərinə çatmağına icazə verməyəcəyik. Bundan başqa, Türkiyənin daxilində bəzi qrupların, sosial şəbəkə istifadəçilərinin Azərbaycanı səhvən hədəfə aldığını görürük", - Çelik qeyd edib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.08

2026.10.07

2026.10.06

2026.10.05

2026.10.04

2026.10.03

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az