ABŞ-da atışma zamanı hamilə qadın və uşaqlar da daxil olmaqla 8 nəfər öldürülüb

ABŞ-da atışma zamanı hamilə qadın və uşaqlar da daxil olmaqla 8 nəfər öldürülüb

ABŞ-da atışma zamanı hamilə qadın və uşaqlar da daxil olmaqla 8 nəfər öldürülüb. Çınayətkar kişi, bundan sonra intihar edib.
Qatil hamilə qadın və uşaqlar da daxil olmaqla yeddi qurbanı ilə qohum olub, səkkizinci qurban isə mərhumun sevgilisi olub. Hadisə çinayətkarın Pensilvaniya ştatının Eri şəhərindəki evində baş verib.
Oxuməni.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.. Yerli polis rəisi Rik Lora qeyd edib ki, 45 yaşlı kişi yeddi qurbanı ilə qohumdur. Səkkizinci qurban hamilə qadının sevgilisi olub.

Müstəntiqlər tərəfindən ələ keçirilən video və audio dəlillər arasında iki qadının təlaşla gəlib qapını döyməyə başlamazdan qısa müddət əvvəl evin içərisindən gələn boğuq silah səsləri də var idi. Cinayətkar daha sonra çıxıb onları güllələyərək içəri qayıtdı.

Polis iki qadını çöldə ölü tapdı. Polis dron və robotdan istifadə edərək evə girdi və birinci mərtəbədə 5 yaşlı oğlan və 1 yaşlı qızın cəsədlərini; pilləkən meydançasında daha iki qadın və iki gənc kişini; ikinci mərtəbədə isə cinayətkarın meyitini aşkar etdi.

"Qurbanlara və onların ailələrinə hörmət əlaməti olaraq, polislərimizin həmin evdə qarşılaşdıqlarının təfərrüatlarını müzakirə etməyəcəyəm. Lakin istəyirəm ki, icmamız baş verənlərin ciddiliyini və bu faciənin iştirakçılara və bütövlükdə icmamıza dərin təsirini başa düşsün", - deyə yerli polis rəisi mediaya açıqlamasında bildirib.

Əziz MUSTAFA

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.11

2026.10.10

2026.10.09

2026.10.08

2026.10.07

2026.10.06

2026.10.05

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az