Böyük Britaniyanın keçmiş baş naziri və Leyboristlər Partiyasının sabiq lideri Kir Starmerin tutduğu İcmalar Palatasındakı deputat mandatını onun partiyadaşlarından olan Saqal Abdi-Vali alacaq. Starmerin əvvəllər təmsil etdiyi Londonun mərkəzində yerləşən Holborn və Sent-Pankras seçki dairəsində keçirilən əlavə seçkilərin nəticələrindən məlum olub. Oxuməni.az xəbər verir ki, bu, əlavə seçkilərin nəticələri Britaniya parlamentinin rəsmi saytında dərc olunub. Abdi-Vali seçicilərin səslərinin 45,17 faizini qazanıb.
Səsvermədə onun əsas rəqibi Yaşıllar Partiyasının lideri Zak Polanski olub. O, səslərin 32,81 faizini toplayıb. Ümumilikdə, seçkilərdə 15 namizəd iştirak edib.
Londonun şimalında yerləşən Holborn və Sent-Pankras seçki dairəsindən İcmalar Palatasına deputat mandatı Kir Starmerin 2026-cı il sentyabrın 1-də vəzifəsindən istefa verdiyini və siyasətdən getdiyini elan etməsindən sonra boş qalıb. O, 2015-ci ildən həmin seçki dairəsini təmsil edirdi.
42 yaşlı Saqal Abdi-Vali 1984-cü ildə Somalidə anadan olub. O, 1990-cı illərin əvvəllərində ailəsi ilə birlikdə Böyük Britaniyaya gəlib və vətəndaş müharibəsindən qaçaraq burada qaçqın statusu alıb. Abdi-Vali Londonun Kamden rayonunda böyüyüb. O, on ildən artıq müddətdə burada ictimai fəaliyyətlə məşğul olub, bələdiyyə administrasiyasında çalışıb və xeyriyyə təşkilatlarının fəaliyyətində iştirak edib.
Leyboristlər Partiyasının saytında qeyd olunur ki, “Saqal uşaq olarkən yerli gənclər xidmətlərinin və ictimai birliklərin yaratdığı imkanlardan və təhlükəsiz mühitdən özü də yararlanıb. İndi isə o, bərabərsizliklə mübarizə aparan və yaşadığımız cəmiyyətdə insanların həyatını yaxşılaşdırmağa çalışan qruplarla işləməyə həsr olunub”.
2022-ci ildə Saqal Abdi-Vali Kamden rayonundan bələdiyyə müşaviri seçilib. 2024-cü ildə bələdiyyədə mənzil siyasəti istiqamətinə rəhbərlik etməyə başlayıb, 2026-cı ilin mayında isə Kamden rayon şurasının rəhbəri olub.
Almaz Həsənli
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi

























.jpg)


.jpg)












.jpg)










