Qadınlar kişilərdən daha çox ad və soyadını dəyişir - STATİSTİKA

Qadınlar kişilərdən daha çox ad və soyadını dəyişir - STATİSTİKA

2026-cı ilin ilk 9 ayı ərzində 1958 nəfər ad, soyad və ya ata adını dəyişdirib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 653 nəfər yalnız adını, 1087 nəfər yalnız soyadını, 7 nəfər yalnız ata adını, 10 nəfər isə hər üçünü dəyişdirib.

"Digərləri isə ad və soyadını, ad və ata adını, yaxud soyad və ata adını birlikdə dəyişdirib. Ad, soyad və ya ata adını dəyişənlərin 483 nəfəri kişi, 1475 nəfəri isə qadındır.

Məlumat üçün bildiririk ki, vətəndaşlar adlarını, soyadlarını və ata adlarını daha çox pis səslənməsi, yaxud şəxsi istəkləri, eləcə də ər-arvadın ümumi soyadı daşımaq arzusu, ərizə verəni tərbiyələndirən şəxsin soyadını qəbul etmək və ya övladlığa götürmənin rəsmiləşdirilməsi mümkün olmadıqda atalığın adı ilə ata adı daşımaq arzusu və digər səbəblərdən dəyişdirirlər", - məlumatda qeyd olunub.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.09

2026.10.08

2026.10.07

2026.10.06

2026.10.05

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az