Nazir yolun keyfiyyətini su stəkanı ilə yoxladı - VİDEO

Nazir yolun keyfiyyətini su stəkanı ilə yoxladı - VİDEO

Suriyanın nəqliyyat naziri Yərub Bədr yeni tikilmiş magistral yolun keyfiyyətini maraqlı üsulla yoxlayıb.

Milli.Az xəbər verir ki, nazir yolun hamar olub-olmadığını su ilə dolu stəkan vasitəsilə sınaqdan keçirib.

Belə ki, Yərub Bədr su ilə doldurulmuş stəkanı avtomobilinə yerləşdirərək yeni salınmış yolda hərəkət edib. Səfər boyunca stəkandakı suyun tökülmədiyini görən nazir "Yaxşı yol çəkiblər" deyib.

Suriyalı nazirin bu sınağı sosial mediada diqqət çəkib. İstifadəçilər onun yolun keyfiyyətini bu üsulla yoxlamasını maraqla qarşılayıblar.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.09

2026.10.08

2026.10.07

2026.10.06

2026.10.05

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az