ABŞ Microsoft və Adobe əməkdaşlarına iş vizalarının və “yaşıl kart”ların verilməsini dayandırıb

ABŞ Microsoft və Adobe əməkdaşlarına iş vizalarının və “yaşıl kart”ların verilməsini dayandırıb

ABŞ hakimiyyəti səkkiz iri İT şirkətinin xarici əməkdaşlarına “yaşıl kart” almağa imkan verən proqramda iştirakını dayandırıb. Siyahıya Microsoft və proqram təminatı hazırlayan daha yeddi böyük şirkət — Adobe, Cognizant, Infosys, Tata Consultancy Services, Wipro, HCL Technologies və Capgemini daxildir. Oxuməni.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

ABŞ Əmək Nazirliyinin qiymətləndirməsinə görə, 2009-cu ildən bəri bu şirkətlər təxminən üç milyon əcnəbini işə cəlb edib, həmçinin H-1B iş vizalarının alınması üçün 230 min, “yaşıl kart”ların verilməsi üçün isə 100 min müraciət üzrə müsbət qərar əldə ediblər. Nazirlik yeni müraciətləri qəbul etməyəcək və artıq təqdim edilmiş ərizələrə baxmayacaq. ABŞ-ın vitse-prezidenti Cey Di Vens məhdudiyyətlərin “nə qədər zəruri olarsa, bir o qədər” qüvvədə qalacağını bildirib.

Vens həmçinin Microsoft-u əcnəbilərin işə götürülməsi sistemindən sui-istifadə etməkdə ittiham edib. Onun sözlərinə görə, şirkət 2025-ci ildə 6 min amerikalı əməkdaşı işdən çıxardığı halda, əməkdaşları üçün 6 300 H-1B iş vizası və 3 000 “yaşıl kart” əldə edib. Vensin iddiasına görə, Microsoft əcnəbilərə daha az əməkhaqqı ödədiyi üçün onları məqsədli şəkildə işə götürməyə üstünlük verir.

Microsoft şirkətindən bildirilib ki, ötən il viza müraciətlərinin 80 faizi yeni əməkdaşların işə götürülməsi üçün deyil, mövcud vizaların müddətinin uzadılması məqsədilə təqdim olunub. Şirkət əcnəbi əməkdaşların da digər işçilərlə eyni səviyyədə əməkhaqqı aldığını vurğulayıb.

Vensin çıxışından cəmi bir neçə saat sonra ABŞ prezidenti Donald Tramp İT sektorunun milyarderlərini Amerikanın inkişafına verdikləri töhfəyə görə mükafatlandırıb. Prezidentin əlindən medalları SpaceX-in təsisçisi İlon Mask, Nvidia-nın baş direktoru Censen Huang və Microsoft-un rəhbəri Satya Nadella alıblar. Reuters-in qeyd etdiyi kimi, Nadella və Mask da vaxtilə H-1B vizası ilə ABŞ-a gəliblər.

Bununla yanaşı, ABŞ hakimiyyəti Harvard, Yale və Stanford universitetləri də daxil olmaqla, doqquz ali təhsil müəssisəsində əcnəbilər üçün nəzərdə tutulan viza proqramlarından sui-istifadə hallarını araşdıracaq. Amerika Təhsil Şurası xəbərdarlıq edib ki, hakimiyyətin mübadilə proqramlarının fəaliyyətinə müdaxiləsi iqtisadiyyata ciddi təsir göstərə bilər. Təşkilatın məlumatına görə, əcnəbi tələbələr ABŞ-da hər il təxminən 40 milyard dollar xərcləyirlər.

Almaz Həsənli

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.10

2026.10.09

2026.10.08

2026.10.07

2026.10.06

2026.10.05

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az