4550 nəfərə ölkədən çıxış qadağası qoyulub

4550 nəfərə ölkədən çıxış qadağası qoyulub

Azərbaycanda borcunu vaxtında ödəməyən şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyulması halları davam edir. Aliment borcu, bank kreditləri və digər öhdəliklər səbəbindən tətbiq edilən bu tədbir bəzi vətəndaşların xaricə səfər planlarına da mane olur.

Bəs son dövrdə neçə nəfər bu məhdudiyyətlə üzləşib və borcunu ödəyən şəxslər nə vaxt ölkədən çıxa bilirlər?

Ədliyyə Nazirliyi “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirib ki, 2026-cı ilin ilk 9 ayı ərzində 4550 şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Bu məhdudiyyətlərin əksəriyyəti aliment, bank və bank olmayan kredit təşkilatlarına olan borclara görədir:

“Məhdudiyyətlərin 1966-sı aliment, 1020-si bank və bank olmayan kredit təşkilatlarına olan borclar, 1564-ü isə digər işlər üzrə tətbiq edilib.

Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar aradan qalxdıqdan, o cümlədən bu barədə məlumat icra məmuruna təqdim olunduqdan sonra icra məmuru 24 saat müddətində həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir.

2025-ci ildə 4417 şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılıb. Həmin işlərdən 1990-nı aliment, 909-u bank və bank olmayan kredit təşkilatlarına olan borclar, 1518-i isə digər işlər üzrə tətbiq edilib”.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.11.24

2026.11.23

2026.11.22

2026.11.21

2026.11.20

2026.11.19

2026.11.18

2026.11.17

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az