Bu axşam ictimai nəqliyyatda gediş haqqı 1 qəpik olacaq

Bu axşam ictimai nəqliyyatda gediş haqqı 1 qəpik olacaq

"BakıKart" və "Mastercard" UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək "Sabah" - "Barselona" qarşılaşması münasibətilə sərnişinlər üçün xüsusi kampaniyaya start verib.

Axar.az xəbər verir ki, bu barədə "BakıKart" məlumat yayıb.

Bildirilib ki, kampaniya çərçivəsində 25 noyabr tarixində saat 18:00-dan 01:00-dək "Mastercard" kartları ilə təmassız (NFC) ödəniş edən sərnişinlər ictimai nəqliyyatdan cəmi 1 qəpiyə (0.01 AZN) istifadə edə biləcəklər.

Güzəşt yerli və xarici banklar tərəfindən emissiya edilmiş "Mastercard" kartları ilə "Apple Pay" və "Google Pay" vasitəsilə aparılan təmassız (NFC) ödənişlərə şamil olunur.

Kampaniya Bakı ərazisində NFC ödənişlərinin mümkün olduğu metro və avtobusları əhatə edir. Müəyyən edilmiş saatlar ərzində güzəştli gedişlərin sayına məhdudiyyət tətbiq edilmir.

Təşəbbüsün əsas məqsədi futbol azarkeşlərinin gediş-gəlişini daha sərfəli etmək, ictimai nəqliyyatdan istifadəni və təmassız ödənişləri təşviq etməkdir.

"BakıKart" tərəfdaşları ilə birgə sərnişinlər üçün yeni ödəniş imkanları və güzəştli kampaniyalar təqdim etməyə davam edir.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.11.25

2026.11.24

2026.11.23

2026.11.22

2026.11.21

2026.11.20

2026.11.19

2026.11.18

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az