3 aya 38 milyon avro qazanıblar - Xalq artisti
28 Oktyabr 10:22
Əfsanəvi aktyor Ceki Çan Azərbaycan paytaxtında baş tutacaq beynəlxalq blokbaster "Tanrının Zirehi 4" filminin çəkilişlərinə başlamaq üçün Bakıya gəlib.
Azerbaycanpolisi.az-ın 1news.az-a istinadən verdiyi məlumata görə, aktyor təxminən 10 gün Bakıda qalacaq.
Əvvəllər xəbər verildiyi kimi, çəkiliş qrupu çəkiliş üçün şəhərin ən mənzərəli yerlərini seçib. Kameralar İçərişəhəri, Dağüstü Parkı, Bakı Funikulyorunu, Yaşıl Teatrı və Fəvvarələr Meydanını çəkəcək.
Çanın "Asiya Şahini" ləqəbli macəraçı roluna qayıdacağı çoxdan gözlənilən filmin premyerası 2027-ci ilə planlaşdırılıb.
Azerbaycanpolisi.az