Ceki Çan Bakıda belə görüntüləndi - Video

Ceki Çan Bakıda belə görüntüləndi - Video

Xəbər verdiyimiz kimi, “Oskar” mükafatlı dünyaca məşhur aktyor Ceki Çan Bakıya gəlib.

Bakupost.az xəbər verir ki, o, “Tanrının zirehi 4: Ultimatum” adlı filmin çəkilişləri üçün ölkəmizə səfər edib.

Filmin çəkilişlərinin Qazaxıstanda və Azərbaycanda baş tutacağı bildirilir.

Qeyd edək ki, 72 yaşlı aktyor sözügedən filmdə yenidən məşhur “Asian hawk” (“Asiya qartalı”) obrazını canlandıracaq. Ekran işinin kadrlarında İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl teatr və Fəvvarələr meydanı yer alacaq.

Xatırladaq ki, “Tanrının zirehi 4: Ultimatum” filminin premyerasının 2027-ci ildə baş tutması planlaşdırılır.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.08.05

2026.08.04

2026.08.03

2026.08.02

2026.08.01

2026.07.31

2026.07.30

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az