Oxuməni.az Daily Mail-ə istinadən xəbər verir ki, üç Britaniya hava limanının operatorunu sındıran hakerlər siyasətçilərin, hakimlərin, məşhurların, müdafiə sənayesi işçilərinin və hərbçilərin şəxsi məlumatlarını Darknet-də dərc ediblər.
Qəzetin məlumatına görə, hücum edənlər həmçinin Britaniya Daxili İşlər Nazirliyinin bir işçisinin planlaşdırılan səyahət planları haqqında məxfi məlumatlar da paylaşıblar. Bundan əlavə, parlament işçiləri, Daxili İşlər Nazirliyinin, İngiltərə Bankının işçiləri və hərbçilərin səyahət məlumatları sızdırılıb.
Avqustun sonunda The Guardian qəzeti Mançester Hava Limanının, Şərqi Midlends Hava Limanının və London Stansted Hava Limanının kiberhücuma məruz qaldığını bildirib. O vaxt hakerlərin təxminən 8,7 milyon müştərinin məlumatlarına daxil olduğu bildirilirdi.
Hava qovşağı operatoru olan Manchester Airports Group, hücum edənlərin istifadəçilərdən elektron poçt ünvanlarını, telefon nömrələrini, nəqliyyat vasitələrinin qeydiyyat nişanlarını və poçt kodlarını əldə etdiklərini bildirdi. MAG, sərnişinlərin təhlükəsizliyinə və hava limanı əməliyyatlarına təsir göstərmədiyini və pozulmuş sistemdə bank və ya ödəniş məlumatları olmadığını vurğuladı.
Əziz Mustafa
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
























































