Hümmət Əliyev həbs oluna bilər - YENİ İDDİALAR

Hümmət Əliyev həbs oluna bilər - YENİ İDDİALAR

Rusiya Teatr Sənəti İnstitutu (GİTİS) keçmiş azərbaycanlı prorektoru Hümmət Əliyevlə bağlı yeni iddialar səsləndirilib.

Modern.az xəbər verir ki, iddialara görə, GİTİS-in rektoru Sergey İsayevin qətlindən sonra institutun Moskvanın Vorontsov parkı yaxınlığında yerləşən Tədris Teatrı və bir sıra tikililər keçmiş prorektor Hümmət Əliyevə verilib.

Ona bu işdə Moskva hökuməti sədrinin müavini Vladimir Slepakın dəstək göstərdiyi iddia edilir. Hümət Əliyevlə birlikdə onun oğlu Emil Əliyev, Eldar Mirvət oğlu Əliyev, Maksim Sərdarov və Viktor Lutsenko adlı şəxslərin də maliyyə cinayətində şübhəli bilindiklərinə dair iddialar var.

Xatırladaq ki, Hümmət Əliyev Azərbaycanda doğulub və əmək fəaliyyətinin ilk illəri Bakı ilə bağlı olub. O, 1972-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib, daha sonra Azərbaycan Dövlət Opera və Balet Teatrında çıxış edib. Əliyev Bakıda Xoreoqrafiya Məktəbində müəllim işləyib və 1990-cı ildə Bakıdan Moskvaya köçüb.

O, Moskvaya gedərək GİTİS-in baletmeyster fakültəsində oxuyub. Həmyerlimiz əsas ixtisasının klassik rəqs olduğunu, daha sonra hüquq təhsili aldığını bildirib. O, GİTİS-də prorektor vəzifəsinə 1994-cü ildə təyin olunub. Hümmət Əliyev inzibati-təsərrüfat işləri ilə yanaşı, klassik rəqs və hüququn əsaslarından dərs deyib.

Müsahibəsində Bakının son səfərləri zamanı dəyişdiyini, şəhərin təmizliyi, fəvvarələri və uşaqların çoxluğunun diqqətini çəkdiyini də qeyd edib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

2026.09.04

2026.09.03

2026.09.02

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az