Son günlər ictimaiyyət arasında, xüsusilə media ictimaiyyəti arasında İctimai Televiziyanın hazırkı baş direktoru Balakişi Qasımovun vəzifəsindən gedəcəyi və yenidən namizəd olmayacağı barədə məlumatlar yayılıb. Bununla bağlı indiyə qədər hər hansı bir açıqlamanın verilməməsi suallar doğururdu.
Azerbaycanpolisi.az xəbər verir ki, “Manset.az” ictimaiyyətdə geniş müzakirə olunan bu məsələ ilə bağlı İTV-nin hazırkı baş direktoru Balakişi Qasımovdan açıqlama ala bilib. O, açıqlamasında yenidən namizəd olub-olmayacağı ilə bağlı məsələlərə aydınlıq gətirib:
“İnşallah, bu həftə bu barədə qərar verəcəyəm. Böyük ehtimalla yenidən namizəd olacağam.”
Jurnalistin “Sizin AzTV-yə sədr təyin olunacağınızla bağlı məlumatlar yayılıb. Bu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq o qeyd edib:
“Mən şayiələri şərh etmək istəmirəm, indiyədək də etməmişəm. Bu, şayiədir, qeyri-ciddi məlumatdır".
"Bəs namizəd olub seçildikdən sonra hansı yeniliklər gözlənilir?" sualına isə Qasımov belə cavab verib:
"Seçildikdən sonra da yeniliklər olacaq”.
Qeyd edək ki, Balakişi Qasımovun yenidən namizəd olmayacağı, AzTV-yə sədr təyin olunacağı, AzTV sədri Rövşən Məmmədovun daha yüksək posta təyin ediləcəyi, “Space” televiziyasının sabiq rəhbəri Vado Korovinin isə İctimai Televiziyaya baş direktor gətiriləcəyi ilə bağlı məlumatlar yayılmışdı.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























