Avqustun 15-dən etibarən “Bakı Metropoliteni”nin "yaşıl" və "qırmızı" xətlərinin ayrılması ilə bağlı işlərə başlanılmasından sonra bir sıra stansiyalara gediş məhdudlaşdırılıb.
Azerbaycanpolisi.az "Bakupost"a istinadla xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bəzi metro stansiyalarında tətbiq edilən məhdudiyyətlər sərnişin axınının azalmasına, bu isə öz növbəsində Bakı Metropoliteninin gəlirlərinə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, yaranan mümkün maliyyə itkisini kompensasiya etmək üçün gələcəkdə metroda gediş haqqının artırılması ehtimalı ola bilər.
Bəs gediş haqqının artırılması gündəmdədirmi?
Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, metroda gediş haqqının tənzimlənməsi ilə bağlı qurumun qərar qəbul etmək səlahiyyəti yoxdur.
Qeyd olunub ki, gediş haqqı üzrə tariflər Tarif (qiymət) Şurası tərəfindən deyil, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarı ilə tənzimlənir.
Xatırladaq ki, hazırda Bakı metrosunda gediş haqqı 60 qəpikdir.
Azerbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































