İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

İsrail xüsusiyyətlərinə görə Amerikanın F-35 qırıcısına bənzər pilotsuz döyüş təyyarəsi hazırlamağı planlaşdırır. Oxumən.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin mənbəsinin sözlərinə görə, layihə növbəti 10 il ərzində ABŞ-ın hərbi yardımından tədricən asılılığın azaldılması və bu yardımın birgə hazırlama və istehsal proqramları ilə əvəz olunmasını nəzərdə tutan strategiyanın bir hissəsidir. İsrail pilotsuz döyüş platformasının yaradılması prosesinə xarici ölkələri də cəlb etməyi planlaşdırır.

Hazırda İsrail Hərbi Hava Qüvvələri əsasən taktiki tapşırıqlar üçün pərli pilotsuz uçuş aparatlarından istifadə edir. Agentliyin qeydinə görə, yerli hərbi istehsalın inkişafına yönələn bu kurs İsrailin beynəlxalq arenada artan təcridi, həmçinin Qəzza zolağında davam edən döyüşlər və İrana qarşı hərbi kampaniya fonunda ABŞ silahlarının tədarükünə mümkün məhdudiyyətlərlə əlaqələndirilir.

Almaz Həsənli

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.29

2026.10.28

2026.10.27

2026.10.26

2026.10.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az