Türk Şurasının himayəsi altında Qırğızıstanda beynəlxalq təşkilat kimi Köçəri Sivilizasiya Mərkəzi (KSM) yaradılacaq və mərkəzin iqamətgahı Bişkek şəhərində olacaq.
AZƏRTAC Qırğızıstanın "Kabar" Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə hökumətləri ümumi tarix, dil və mədəni əlaqələri əsas tutaraq qloballaşma dövründə türk xalqları arasında hərtərəfli əməkdaşlığı möhkəmləndirmək, ənənələri qoruyub saxlamaq məqsədilə belə bir beynəlxalq təşkilat yaradacaqlar.
Belə bir mərkəzin yaradılmasından bir məqsəd də idmanın inkişafı yolu ilə türkdilli xalqlar və başqa dövlətlər arasında qarşılıqlı inam və əlaqələr yaratmaq, idman tədbirləri vasitəsilə köçəri mədəniyyətinin ənənələrini populyarlaşdırmaq, idman vasitəsilə inteqrasiyanı möhkəmləndirməkdir.
Köçəri Sivilizasiya Mərkəzinin yaradılması ilə bağlı məsələ bu ilin sentyabr ayında Qırğızıstanın Çolpan-Ata şəhərində Türk Şurasının Xarici İşlər nazirləri Şurasının iclasında təsdiq ediləcək.
Mərkəzin rəhbəri dörd ildən bir rotasiya üsulu ilə üzv ölkələrin nümayəndələrindən seçiləcək.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
















.jpg)

.jpg)




































