Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_1/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642
ETSN ceyranlarla bağlı şikayəti araşdırıb

ETSN ceyranlarla bağlı şikayəti araşdırıb

ETSN ceyranlarla bağlı şikayəti araşdırıb

Son günlər informasiya vasitələrində Qax Dövlət Təbiət Yasaqlığının yaxınlığında yerləşən Acınohur düzənliyinin bəzi ərazilərinin əkin məqsədləri üçün istifadə edilməsi və bunun nəticəsində ceyranların həyatına təhlükə yaranması barədə yayılan məlumatlar Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Mediainfo.az-a ETSN Mətbuat Xidmətindən verilən məlumata görə, Acınohur ərazisi əsasən yarımsəhra bitkilərindən, şoranlaşmış səhra tipindən ibarətdir və kənd təsərrüfatına yararlı torpaq sahəsi kimi dövlət fonduna aiddir. Ərazi dövlət fondunun qış otlaq sahələri olmaqla uzun illərdir icarə əsasında heyvandarlıqla məşğul olan ayrı-ayrı təsərrüfatlara verilib.

Ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi məqsədilə hazırda ərazinin 7500 hektarının aqro-texniki və digər münbitləşdirmə tədbirləri aparmaq yolu ilə əkinə yararlı hala salınması üçün "Aqroinkişaf-2017" MMC-yə ayrıldığı müəyyən edilib.

Aqrar fəaliyyət həyata keçirilən zaman Acınohur düzünün qonşu ərazilərində məskunlaşan ceyran populyasiyasının mühafizəsi, yaşama aspektlərinin nəzərə alınması və təsərrüfat işləri aparılarkən ceyranların yaşam şəraitinə təsir göstərən amillərə ciddi riayət olunması şirkət rəsmilərinin diqqətinə çatdırılıb.

Ceyranların qonşu ərazilərdə məskunlaşması ilə bağlı ekoloji məsələlərin prioritet hesab olunduğu şirkət tərəfindən qəbul edilib və Acınohur gölünün cənub hissəsində ceyranların yem bazası üçün zəruri olan 2000 hektaradək ərazidə tədqiqatların aparıldığı dövrdə bütün fəaliyyətlərin dayandırılacağı bildirilib. Kənd təsərrüfatı işlərinin sivil təşkili yolu ilə Nazirliklə birgə ərazidə ekoloji layihələrin həyata keçirilməsi, o cümlədən ceyranların yaşam vəziyyətinin daha da yaxşılaşdırılması üçün su probleminin həlli, yem bazasının yaxşılaşdırılması istiqamətində əməkdaşlıq edilməsi qərara alınıb.

Eyni zamanda, Acınohur gölünün cənubunun və Mingəçevir su anbarının şimal hissəsi ilə həmsərhəd olan ərazilərdə ceyranların yem bazasınıın azalması, sürüləri qoruyan itlərin ceyranlara birbaşa təhlükə yaratması səbəbindən gələcəkdə bu torpaq sahələrinin heyvandarlıq məqsədilə fermerlərə verilməsinin məhdudlaşdırılması, istifadəyə nəzarətin gücləndirilməsi ETSN tərəfindən Qax və Samux rayon rəsmilərinə tövsiyə olunub.

ETSN əsl vətəndaş mövqeyi nümayiş etdirərək Azərbaycan təbiətinin incisi hesab olunan ceyranların mühafizəsi üçün həyəcan təbili çalan hər bir ictimaiyyət nümayəndəsinə təşəkkürünü bildirir və təbiətin qorunmasında əməkdaşlığa xüsusi önəm verir.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: azerbaycanpolisi.az@gmail.com
2009-2026 © Azerbaycanpolisi.az