Məşhur hind aktyoru və rejissoru Rac Kapurun ailə üzvləri onun 70 il bundan əvvəl Mumbay şəhərində əsasını qoyduğu "RK Studios" şirkətini satmaq qərarı qəbul ediblər.
Bu barədə "Tayms of İndia" informasiya yayıb.
Məlumatı Rac Kapurun böyük oğlu, aktyor, rejissor və prodüser Rahdhir Kapur təsdiqləyib.
"Həqiqətən belə bir qərar qəbul edilib. Studiyanın yerləşdiyi bütün ərazini satırıq. Bu qərar boş yerə qəbul edilməyib. Bildiyiniz kimi, ötən il studiyada yanğın baş verib və biz bir neçə müddət oranın bərpası barədə düşündük. Lakin studiyanın bərpası üçün tələb olunan məbləğ həddən artıq böyük oldu", - aktyorun oğlu deyib.
Xatırladaq ki, hind filminin əfsanəsi sayılan Rac Kapurun studiyasında ötən ilin sentyabrında yanğın baş vermişdi. Kult.az
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































