Süpürgəçiləri əvəzləmək üçün Bakıya texnika gətirildi

Süpürgəçiləri əvəzləmək üçün Bakıya texnika gətirildi

Bakı küçələrini təmizləmək üçün Almaniya istehsalı 10-a yaxın texnika gətirilib.

Mediainfo.az saytının verdiyi xəbərə görə, Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov Trend-ə bildirib ki, Bakı yollarında təmizlik işləri aparan təsərrüfat işçilərinin əməyinin yüngülləşdirilməsi, iş prosesində onların təhlükəsizliyinin təmin olunması ilə bağlı ölkə başçısının tapşırıqlarına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən kompleks tədbirlər hazirlanıb. Tədbirlərin həyata keçirilməsi ilə əsas magistral yollarda, prospektlərdə zibilin yığışdırılması tamamilə avtomatlaşdırılacaq. Bu proqramın hazırlanmasına avropalı aparıcı ekspertlər cəlb olunub və hazırda onların təklifləri müzakirə olunur.

Onun sözlərinə görə, istənilən halda iş prosesində əl əməyinin qalacağı nəzərə alınaraq onun minimuma endirilməsi üçün tədbirlər həyata keçirilir və küçələrdə, xüsusilə də əsas magistral yol və prospektlərdə təsərrüfat xidmətləri işçilərinin təhlükəsizliyinin təminatı üçün xəbərdaredici nişanlar hazırlanıb və rayon Mənzil Kommunal Təsərrüfatı birliklərinə paylanıb.

İ.Kərimov qeyd edib ki, eyni zamanda yeni texnikaların alınması ilə bağlı müxtəlif şirkətlərlə danışıqlar aparılır. Artıq şəhər təsərrüfatı texnikası istehsalında böyük təcrübəsi olan Almaniyanın MAN şirkətinin istehsalı olan 10-a yaxın belə texnika Bakıya gətirilərək təsərrüfatçılara verilib.

Yeni, müxtəlif təyinatlı texnikaların alınması istiqamətində işlər davam edir.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az