BMT-nin baş katibi Kofi Annan vəfat edib.
Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının "Twitter"dəki mikrobloqunda deyilir.
Məlumatda bildirilir: "Bu gün biz böyük insanı, lider, BMT-nin keçmiş baş katibi Kofi Annanı itirdiyimizə görə kədərlənirik". K. Annan İsveçrənin Bern şəhərindəki xəstəxanaların birində ölüb.
Siyasətçi 81 yaşında dünyasını dəyişib. Qeyd edək ki, K. Annan BMT-nin baş katibi vəzifəsinə gətirilən ilk afrikalıdır. O, 1996-2007-ci illərdə bu vəzifədə çalışıb.K. Annan 2001-ci ildə Nobel sülh mükafatını alıb.
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































