Müğənni Areta Franklin 76 yaşında dünyasını dəyişib.
Mediainfo.az oxu.az-a istinadən xəbər verir ki, Associated Press agentliyi onun Detroyda (ABŞ) öz evində vəfat etdiyini yazıb.
2008-ci ildə Rolling Stone jurnalı onu tarixin ən böyük müğənnisi adlandırmışdı.
Avqustun 13-də kinokritik Rocer Fridman müğənninin ölüm ayağında olduğunu elan etmişdi. Onun sözlərinə görə, 76 yaşlı "soul kraliçası" ciddi xəstə olub.
2010-cu ildə Franklində xərçəng tapılıb. Müğənninin sonuncu çıxışı 2017-ci ildə baş verib.
Areta Franklin adı Rok-n-rollun şərəf zalında peyda olan ilk qadın müğənnidir. O, ritm-end-blüz, soul və hospel üslubunda mahnılar oxuyub. Franklinin populyarlığının zirvəsi 1960-cı illərin ikinci yarısına təsadüf edib.
Güclü vokalına görə Areta Franklin Soulun kraliçası adını daşıyıb. Onun sonuncu studiya albomu - Aretha Franklin Sings the Great Diva Classics 2014-cü ildə təqdim olunub. 2017-ci ildə müğənni karyerasını bitirdiyini elan etmişdi.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
















.jpg)

.jpg)




































