Ölkə ərazisində qarpızdan zəhərlənmə halları yenidən müşahidə olunub. Bu yaxında Neftçala rayonunda ana və qızı qarpızdan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov moderator.az-a açıqlamasında bildirdi ki, ölkədə qarpızdan kütləvi zəhərlənmə halları çoxalıb:
"Qarpızdan zəhərlənmə halları özünü on saat sonra biruzə verir. Əhalinin qarpızdan zəhərlənmə haqqında maariflənməsinə ehtiyac var. Ölkədə qarpızdan kütləvi zəhərlənmə halları var. Bizə yazılı müraciətlər olmasa da, çoxlu sayda telefon zəngləri daxil olub. Dörd ildir ki, bizdə olan cihazla işlər aparırıq və müəyyənləşdirmişik ki, ölkə bazarında olan qarpız və yemişin tərkibində nitratların sayı normadan təxminən iki dəfə çoxdur. Ən sağlam adamın yediyi qarpızın tərkibində beş yüz milliqram nitrat olarsa, zəhərlənə bilər. Biz müşahidə etmişik ki, qarpızların tərkibində iki yüz, üç yüz milliqram nitrat var və əgər insan bu qarpızdan iki kiloqram yeyərsə, zəhərlənə bilər. Bütün ölkə ərazisində qarpız və yemişlə bağlı vəziyyət gərgindir".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

















.jpg)

.jpg)



































