Naxçıvan Dövlət Televiziyası rus dilində xəbər yayımına başlayıb.
Hər həftənin çərşənbə axşamı saat 21:00-da efirə təqdim olunan rus dilində "Xəbərlər" proqramında həftə ərzində muxtar respublikanın sosial-iqtisadi və ictimai-mədəni həyatında baş verən hadisələr rusdilli auditoriyaya təqdim olunacaq.
Xəbərlərin rus dilində yayımı muxtar respublikanın daha geniş məkanda tanıdılmasına, informasiya blokadasının tam yarılmasına, turizm imkanlarının daha geniş şəkildə təbliğinə xidmət edəcək.
Qeyd edək ki, ötən ildən etibarən hər həftənin bazar ertəsi günü saat 21:00-da "Xəbərlər"in ingilis dilində yayımı da həyata keçirilir.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il fevralın 6-da "Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi barədə sərəncam imzalayıb. Həmin sərəncama əsasən, "Nuhçıxan" İnformasiya Agentliyi yaradılıb, agentliyin saytı istifadəyə verilib, yeni alınan yayım və çəkiliş avadanlıqları hesabına teleradionun maddi-texniki bazası gücləndirilib. Naxçıvan Teleradiosunun efir vaxtı daha bir saat artırılaraq 19 saata çatdırılıb. "Xəbərlər"in rus dilində yayımı da sözügedən Tədbirlər Planının icrası istiqamətində görülən işlərin davamıdır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

















.jpg)

.jpg)



































