Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, Məhəmməd Hadi küçəsində ağac kəsintisi ilə bağlı daxil olan məlumat Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən araşdırılıb.
Mediainfo.az saytına nazirlikdən verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı 38-42 sm diametrliyində köküstə yaş söyüd ağacının kəsildiyi aşkar edilib və təbiətə 1500 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Qanun pozucusunun müəyyənləşdirilməsi məqsədilə Xətai Rayon Polis Şöbəsinə məktub göndərilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Xətai Rayon Prokurorluğuna müraciət edilib.
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































