Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunan, Heydər Əliyev Fondunun təşkilatçılığı, Gilan Holdinqin dəstəyi ilə keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konserti baş tutub.
"Report" xəbər verir ki, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Aysel Teymurzadə və bir sıra tanınmış incəsənət xadimləri iştirak ediblər.
Festivalın bədii rəhbərlərindən biri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru, Dmitri Yablonski çıxışında diqqətə çatdırıb ki, Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir.
Sonda səhnə Yerusəlim Simfonik Orkestrinin ixtiyarına verilib.
Dünya şöhrətli italiyalı dirijor Roberto Molinellinin rəhbərliyi ilə keçən konsertdə orkestri italiyalı solist Kiara İsotton (soprano), Adil Axundov (tenor), Samir Cəfərov (tenor), Məhərrəm Hüseynov (bariton), gürcü solist Giorgi Çelidze (bas), Türkiyədən Mine Kurtoğlu (soprano) və Elnarə Məmmədova (soprano) müşayiət ediblər.
Konsertdə dünya şöhrətli bəstəkarlar Üzeyir Hacıbəyli, C.Puççini, S.Raxmaninov, C.Verdi, V.A.Motsart, R.Molinelli, J.Massnenin əsərləri səsləndirilib.
Qeyd edək ki, iyulun 30-dan avqustun 8-dək davam edəcək festivalın builki proqramı əvvəlki illərdə olduğu kimi, yenə də çox zəngin olub. Festivala Rusiya, İsrail, ABŞ, İsveçrə, Avstriya, Kuba, Macarıstan, Türkiyə, İspaniya, İtaliya, Gürcüstan kimi ölkələrdən dünya şöhrətli dirijor, ifaçı və kollektivlər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri dəvət olunub.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































