Türkiyəli jurnalist, köşə yazarı Cəmilə Bayraqdarın Tvitter hesabında məşhur aktyor Kamal Sunalın (Şaban) filmlərini insanlar üçün təhqir adlandırması aktyorun sevənləri tərəfindən birmənalı qarşılanmayıb.
C.Bayraqdarın sözügedən açıqlamasından sonra çoxsaylı sosial şəbəkə istifadəçiləri Tvitterdə Kamal Sunal Xalqdır(#kemalsunalhalktır) həştəqi yaradıblar. Pərəstişkarları canlandırdığı müxtəlif obazlarla feodalizmi, ağalığı, qadın hüquqlarının tapdalanmasını tənqid edən, bütün təbəqədən olan insanları bir-birinə sevdirən K.Sunal filmlərinin təhlükəli xarakter daşımadığını bildiriblər.
Sənətkarın oğlu aktyor Əli Sunal isə C. Bayraqdarın sözlərinin heç bir əhəmiyyət kəsb etmədiyini deyib:
"Cəmilə Bayraqdar atamın filmlərini bəyənməyə bilər. Bu, çox da vacib deyil, amma filmlərinin bərbad və xalqa təhqir olması haqda fikirləri əsassızdır. Kamal Sunal kürəyini xalqa söykəmiş möhtəşəm bir insandır. Doğru olan tək şey budur".
Qeyd edək ki, C.Bayraqdar ötən gün Tvitter səhifəsində aktyor haqqında "Əlbəttə ki, Sunal bizim brendimizdir, amma bu ölkəyə zehni mənada edilmiş ən böyük pislikdir. Bu filmlər rəsmən insan zəkasına təhqirdir. Təzyiqlərə hazıram, bəyənməsəniz də, doğrusu budur" sözlərini yazıb. (kult.az)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

















.jpg)

.jpg)



































