Həyat yoldaşının xəyanəti ilə üzləşən məşhur ukraynalı müğənni Ani Lorak qızı ilə birlikdə İsrailə gedib.
Buna səbəb Lorakın xəyanət ətrafında yaranmış qalmaqal olub.
Müğənni artıq Qüdsdədir. O, bir neçə gün əvvəl həyat yoldaşı, türkiyəli iş adamı Murat Nalçayıoğlunu ukraynalı qadınla tutmuşdu.
İş adamı sevgilisi üçün Kiyevin mərkəzində ev kirayələyib, xəyanətin üstü də burada açılıb.
Qeyd edək ki, əslən azərbaycanlı olan Murat Nalçayıoğlu öz biznesini də Ani Lorakın pulları hesabına qurub.
Ani və Muradın sevgi hekayəsi 2005-ci ildən başlayır. O, Muradla Türkiyədə otellərin birində istirahət edərkən tanış olmuşdu. 2009-cu ildə isə evlənmişdilər. Cütlüyün bu evlilikdən Sofiya adlı qızları var. O, 2011-ci ildə doğulub. Rəsmi nikahdan sonra Lorak Kiyevdə Murad üçün 4 restoran alıb.
Bir neçə gün əvvəl isə o, həyat yoldaşının xəyanət etməsindən xəbər tutaraq, Kiyevdən uzaqlaşıb. Lorak sosial şəbəkədə Qüdsdə qızı ilə birlikdə çəkdiyi şəkilləri yayımlayıb. Teleqraf.com
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

















.jpg)

.jpg)



































