Fransa parlamenti qadınların ünvanına ədəbsizliyə görə cərimənin tətbiqi haqqında qanunu təsdiqləyib.
Bu barədə "Europe1" radiostansiyasının efirində ölkənin qadınlar və kişilər arasında bərabərlik məsələləri üzrə dövlət katibi Marlen Şyappa bildirib.
Onun sözlərinə görə, yeni qanuna müvafiq olaraq, küçədə qadınları təngə gətirməyə görə, 90 avrodan 750 avroya qədər cərimə təyin olunacaq. "Əvvəllər küçədə təngə gətirmək cəzasız qalırdı, bu andan hər şey dəyişəcək", - deyə Şyappa bildirib.
Dövlət katibi qeyd edib ki, yeni tədbirlər ötən həftə Parisdə baş vermiş insidentə cavab olaraq həyata keçirilir. Belə ki, paytaxtda gənc qız onun arxasınca fit çalan şəxsdən susmasını istəyib. O isə qızı vurub. Report
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































