Yay mövsümü ilə əlaqədar ölkəmizdəki milli parklara səfər edən turistlərin sayında xeyli artım müşahidə edilib.
Mediainfo.az saytına ETSN Mətbuat Xidmətindən verilən məlumata görə, 2018-ci ilin iyul ayında milli parkları ziyarət edən turistlərin sayı cari ilin 6 ayı ərzində səfər edən turistlərin sayından çox olub. Belə ki, 2018-ci ilin 6 ayı ərzində milli parklara ümumilikdə 24261 turist (bunlardan 21223-ü yerli, 3038-i xarici vətəndaş) səfər edib. Təkcə bu ilin iyul ayında milli parkları 25590 turist (bunlardan 24291-i yerli, 1299-u xarici vətəndaş) ziyarət edib.
Qeyd edək ki, ekoturizmin fəaliyyəti üçün əlverişli ərazilər hesab edilən 9 milli parkda rəngarəngliyinə və məzmununa görə fərqlənən 104 turist marşrutu fəaliyyət göstərir.
Xatırladaq ki, turistlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet saytında (eco.gov.az) fəaliyyət göstərən "Xidmətlər" bölməsinə daxil olub bütün milli parklara onlayn bilet əldə edə bilərlər. Həmçinin turistlərin milli parklara girişinin asanlaşdırılması məqsədilə hər milli parkın giriş məntəqəsində bilet satışı xidməti də həyata keçirilir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

















.jpg)

.jpg)



































