Bu il 91 mindən çox abituriyent ixtisas seçəcək

Bu il 91 mindən çox abituriyent ixtisas seçəcək

"Bu gün günorta saatlarında universitetlərə ixtisas seçimi başlayacaq. Builki qəbul imtahanlarında 74 438 nəfər iştirak edib. Ümumilikdə 91 498 nəfər ixtisas seçimində iştirak edəcək".

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, onlardan bəziləri V ixtisas qrupuna sənəd verənlərdir və I və IV qrupa imtahan verməyib:

"Onlar seçimə buraxılış imtahanları nəticəsi əsasında keçiblər. Avqustun 9-na qədər qabiliyyət imtahanı davam edəcək. Bu imtahanlar üçün 8277 nəfər qeydiyyatdan keçib. 14015 nəfər komissiyada iştirak edəcək. 2378 nəfər isə kollecə ixtisas seçimi edəcək".

M.Abbaszadə qeyd edib ki, hər bir şəxsin bir ixtisas kodu dəyişirsə, yerləşdirmədə müəyyən problemlər ortaya çıxır:

"Təəssüf ki, kodların seçilməsi prosesi başlayır və yarım saatdan sonra bizə müraciət edirlər ki, seçimi ləğv edin. Deyirlər ki, yenilərini seçəcəyik. Burdan müraciət edərək bildirirəm ki, seçimlərini dəqiq etsinlər".

Onun sözlərinə görə, abituriyentlər 7415 ixtisas seçəcəklər. (modern.az)

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az