Sosial şəbəkələrə "Şərq bazarı"nın sökülməsi ilə bağlı məlumatlar yayılıb.
Mediainfo.az-ın məlumatına görə, Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov Lent.az-a açıqlama verərək məsələyə aydınlıq gətirib. Ş. İbadov bildirib ki, bazarın yerləşdiyi tikili tarixi əhəmiyyətə malikdir və tam sökülməyəcək: "Şərq bazarı" artıq 5-6 aydır fəaliyyətini dayandırıb. O bina tarixi memarlıq nümunəsidir, bu səbəbdən də sökülə bilməz. Onun içərisindəki konsuriksiyalar bərbad vəziyyətə salınıb. Bazarın içərində hərə bir arakəsmə, taxta ilə özünə bir obyekt düzəltmişdi. İndi həmin artıq şeylərin hamısı söküləcək. Ora gözəl bir tarixi memarlıq əsəri kimi başqa bir təyinatla istifadə olunacaq".
RİH başçısının birinci müavini əlavə edib ki, hazırda "Şərq bazırı"nın daxilində təmir işləri aparılır: "Binanın əhatəsi bağlanıb və təxminən 6 aydan sonra "Şərq bazarı"nda işlər yekunlaşacaq. Təmir bitəndən sonra ətrafı gül-çiçəkli olan memarlıq abidəsi görünəcək".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































