Sosial şəbəkələrdə videosu yayılan kişi barədə ŞOK MƏLUMATLAR – VİDEO

Sosial şəbəkələrdə videosu yayılan kişi barədə ŞOK MƏLUMATLAR – VİDEO
Sosial şəbəkələrdə ürək sızladan görüntüləri yayılan kişi barədə bəzi təfərrüatlar məlum olub.

Yayılan videoda küçəyə atıldığını deyən ahıl kişinin övladları tapılıb. Naxçıvanda yaşayan ailəsi həmin kişini öz evlərinə qaytarıblar.

Bildirilib ki, həmin kişi ailəsini ataraq Qazaxıstandan olan bir qadınla evlənib. Bildirilir ki, o, əvvəllər imkanlı iş adamı olub. Sonradan evləndiyi qadın isə onun bütün var-dövlətini mənimsəyib və uşağını da götürüb ölkədən qaçıb.

Videoda danışdığı kimi kişi əslində əvvəlki övladları tərəfindən küçəyə atılmayıb. Onun küçədə qalmasından onların xəbəri belə olmayıb.

Xatırladaq ki, sosial şəbəkələrdə yayılmış videoda 70 yaşına 5 ay qalmış kişi ağlayaraq dərdini danışır. Yaşlı kişi övladları tərəfindən küçələrə atıldığını bildirib.

Onu Sumqayıt şəhərində çəkiblər. Videoya çəkilən kişi ağlayaraq bildirib ki, sənədlərini düzəltsə də, onu "qocalar evi"nə qəbul etməyiblər.

"Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişəm. Oradan məni Naxçıvana göndərdilər ki, övladlarımdan sənəd alım. Sənədi gətirdikdən sonra məni Dövlət Sosial Müdafiə Fonduna göndərdilər. Orada dedilər ki, 70 yaşım olmadığı üçün məni qocalar evinə qəbul edə bilməzlər. 70 yaşıma beş ay qalıb", - kişi bildirib.

Ahıl adam küçədə qarət olunduğunu deyib: "Gecə bir yerdə qalmışam. Cibimdəki 40 manatı da orada oğurladılar". Baku.vvs


Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az