Bu il birinci ixtisas qrupu üzrə 690-700 arası bal toplayan abituriyentlərin sayı 56 nəfərdir. 2017-ci ildə isə 36 nəfər olub.
AzVision.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. Ekspert bildirib ki, onların arasında prezident təqaüdçüsü azı 695 bal toplayan olacaq.
"650-dən çox bal toplayan abituriyentlərin sayı 369 nəfərdir. 2017-ci ildə 263 nəfər olub. 600-dən çox bal toplayan abituriyentlərin sayı isə bu il üçün 880 nəfərdir. 2017-ci ildə 686 nəfər olub. I ixtisas qrupunda bu il 500-700 bal arası toplayan abituriyentlərin sayı 2312 nəfər olub. 2017-ci ildə 1980 nəfər idi",- deyə K.Əsədov qeyd edib.
K.Əsədov qeyd edib ki, IV ixtisas qrupu üzrə 690-700 bal arası toplayan abituriyentlərin sayı bu il 35 nəfərdir. Ötən il bu rəqəm isə 18 nəfər olub.
"650-dən çox bal toplayan abituriyentlərin sayı 329 nəfərdir. 2017-ci ildə bu rəqəm 235 nəfər idi. 600 baldan yuxarı nəticə əldə edən abituriyentlərin sayı 743 nəfərdir, ötən il bu rəqəm 556 nəfər idi. Bu il 500 dən çox bal toplayan abituriyentlərin sayı 1591 nəfər təşkil edir. 2017-ci ildə də bu rəqəm 1229 nəfər olub".
Təhsil eksperti bildirib ki, I ixtisas qrupunda iştirak edən 27 min abituriyentin 13169 nəfəri 200 və daha çox , 16649 nəfəri 150 və daha çox bal toplayıb.
IV ixtisas qrupunda iştirak edən 5600 abituriyentdən 3726 nəfəri 200 və daha çox, 4079 nəfəri isə 150 və daha çox bal toplayıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































