Yaponiyada rekord istilər müşahidə olunur.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, paytaxt Tokio yaxınlığında havanın temperaturu 41,1 dərəcəyə çatıb.
Ölkənin Meteorologiya İdarəsindən bu gün rekord temperatur göstəricisinin Saitama prefekturasındakı Kumaqaya şəhərində qeyd alındığını bildiriblər.
Dövlət qurumları anomal istilərlə əlaqədar vətəndaşlara xəbərdarlıq edib.
Qeyd edək ki, iki gün əvvəl Yaponiyada günvurmada azı 11 nəfər ölüb.
Xatırladaq ki, Yaponiyada bundan əvvəl ən yüksək temperatur 2013-cü il avqustun 12-də Koti prefektirasının Simanto bölgəsində qeydə alınıb. Həmin vaxt havanın temperaturu 41 dərəcə olub.
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































