Dünəndən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyində Avropa Ətraf Mühit Agentliyi və Slovakiyanın Ətraf Mühit Agentliyi tərəfindən Azərbaycanda ətraf mühitin vəziyyətinə dair hesabatların işlənib hazırlanması üzrə 3 günlük təlim sessiyası keçirilir.
Mediainfo.az saytına nazirlikdən verilən xəbərə görə, layihə çərçivəsində keçirilən praktik təlimlər ətraf mühit üzrə seçilmiş göstəricilərin, qiymətləndirmə alətlərinin və hesabatvermənin icra edilməsində milli mütəxəssislərin mövcud potensialının artırılmasına kömək göstərəcək.
Qeyd edək ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilən layihə biomüxtəliflik, su, torpaq, tullantılar, hava, kommunikasiya və ekoloji qiymətləndirmələr sahəsində potensialın formalaşdırılmasına xidmət edir. Dörd illik layihə çərçivəsində ətraf mühit üzrə Birgə Ekoloji İnformasiya Sisteminin (SEİS) prinsipləri və təcrübələri altı ölkə arasında həyata keçiriləcək.
Layihə ətraf mühit üzrə Birgə Ekoloji İnformasiya Sistemi II Şərq layihəsi Avropa İttifaqının Avropa Qonşuluq Aləti (ENI) tərəfindən maliyyələşdirilir və ekoloji idarəetməni gücləndirməklə ətraf mühitin mühafizəsinin təşviqinə dəstək məqsədi daşıyır.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































