Tünzalə Ağayeva Adnan Oktarın "kediciyi" çıxdı

Tünzalə Ağayeva Adnan Oktarın "kediciyi" çıxdı

Əməkdar artist Tünzalə Ağayeva ilə Adnan Oktarın Azərbaycandakı imamı və müridləri olduğu deyilən "Mənəvi Gənclər" İctimai birliyinin təsisçisləri Ramiq Vəliyev və həyat yoldaşı Aysel Vəliyeva ilə fotosu yayılıb.

Fotoda T.Ağayevayla yanaşı, tanınmış modelyer Gülnarə Xəlilova və həyat yoldaşı, həmçinin Ağayevanın meneceri Yalçın Cabbarov və ictimai fəali İradə Əlili də yer alıb. Ehtimal edilir ki, foto tərəflərin iş görüşməsi zamanı çəkilib.

Maraqlıdır ki, Y.Cabbarov publika.az-a açıqlamasında sözügedən şəxs və rəhbəri olduğu şəbəkəylə heç bir əlaqələrinin olmadığını bildirib.
Qeyd edək ki, A.Oktar və 300-ə yaxın tərəfdarı bir neçə gün öncə həbs edilib.

İntiqam VALEHOĞLU

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az