Sabah Azərbaycan ərazisində 31-33 dərəcə isti gözlənilir
Mediainfo.az saytının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
İyulun 13-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 29-34, Bakıda gecə 26-28, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 30-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində
İyulun 13-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27,cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.
Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərdə hava şəraiti əlverişsiz olacaq.
Azərbaycanın rayonlarında
İyulun 13-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 22-27, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
İyulun 13-ü səhərdən 14-ü gündüzədək Abşeron yarımadasında xəzri küləyinin güclənməsi fonunda temperaturun ötən günlə müqayisədə bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































