Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Tarix İnstitutunun təsis etdiyi "Gənclərin dostu" mükafatına layiq görülüb.
Mediainfo.az saytına Tarix İnstitutundan verilən məlumata görə, Akif Əlizadəyə bu mükafatı institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Rəşad Mustafa AMEA-nın magistrlərinin "Məzun günü" tədbirində təqdim edib.
İnstitutun Elmi Şurasının qərarı ilə təsis edilən mükafat görkəmli alimlərə gənclərin alim kimi yetişməsində rolu və xidmətləri nəzərə alınaraq verilir.

Qeyd edək ki, Akif Əlizadənin təşəbbüsü ilə 2015-ci ildən AMEA-da ilk dəfə magistratura təhsilinə başlanılıb. Akademiyanın həyatında baş verən bu mühüm dəyişiklik gənclərin elmi tədqiqat işlərinə cəlb olunmasında əhəmiyyətli canlanmaya səbəb olub.
Tarix İnstitutunun ilk magistrləri Azərbaycanın qədim və orta əsrlər tarixi üzrə ixtisaslaşıb, o cümlədən qədim mixi yazıları (Şumer, Akkad, Elam, hurri və Urartu) və osmanlı xətlərini (siyaqət) öyrəniblər. Onlar qədim mixi yazılar əsasında araşdırmalar apararaq dissertasiya işlərini yazıblar. İnstitutun ilk magistrləri Əsmər Göyüşova, Selcan Məmmədzadə və Zərövşən Hüseynlinin dissertasiya işləri Azərbaycan xalqının təşəkkülü tarixinə həsr olunub.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































