Son bir neçə gündür ki, ölkədə anomal isti hava şəraiti hökm sürür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva Lent.az-a bildirdi ki, bunun səbəbi Şimali Afrikadan cənub qərb axınları ilə qızmar hava kütlələrinin ölkə ərazisinə daxil olmasıdır: "Bu proses iyulun 2-dək davam edəcək. Havanın temperaturu hazırda iqlim normasından 6 dərəcə yüksəkdir. Maksimal temperatur paytaxtda 35-40 dərəcə intervalında gözlənilir. Aran rayonlarında artıq 42 dərəcə qeydə alınıb. Bəzi rayonlarda isə temperaturun 43 dərəcəyə yüksəlməsi gözlənilir. Qeyd edim ki, anomal istilərlə bağlı nazirlik tərəfindən əvvəlcədən xəbərdarlıqlar tərtib olunub və əlaqədar təşkilatlara təqdim olunub. Eyni zamanda anomal istilər haqqında əhalini də məlumatlandırırıq".
U.Tağıyeva dedi ki, qeyd edilən temperatur rejimi ayrı-ayrı illərdə də müşahidə olunub: "Əhali bilməlidir ki, günün aktiv olduğu müddətdə günorta saat 11-dən axşam saat 5-dək günəş şüalarının birbaşa təsiri altında olmaq risklidir. İyulun 2-dən sonra iqlim normal göstəricilərinə qayıdacaq. Onu da bildirim ki, hazırda qeyd edilən temperatur rekord göstərici deyil. Elə illər olub ki, iyun ayında bundan daha yüksək temperatur qeydə alınıb".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































